“Kaan" şirkəti 1998-ci ildən Azərbaycan Respublikası Bakı şəhərində öz fəaliyyətinə başlamışdır. Artıq 23 ildir minik, yük, avtobus, sənaye texnikası və kənd təsərrüfatı avtomobilləri üçün rezin şinlərin topdan və pərakəndə satışının fəaliyyəti ilə məşğuldur. Bu işdə əməkdaşlıq etdiyimiz markaların keyfiyyəti bizim üçün çox önəmlidir. Bunun üçün marka seçimimizdə ilk olaraq Türkiyənin ən böyük fabriklərindən olan Brisa Bridgestone Sabancı Lastik Sanayi ve Ticaret A.Ş. - yə məxsus Lassa markası ilə başladıq. Hal-hazırda Şirkətimiz Lassa ilə birlikdə PetlasAeolus markalarının da ölkə üzrə rəsmi distribütorudur. Markalarımız keyfiyyətli və uzunömürlülüyünə görə bazar liderliyini qoruyub saxlayır.

Missiyamız

Müştəri tələblərinə diqqətli yanaşma ilə fərq yaradacaq keyfiyyətli və sağlam məhsulu düzgün qaydada təqdim etmək.

Gələcəyə baxış

İşimizdə müştərilərlə dürüst və şəffaf olmaq, eyni zamanda məhsullarımızın istifadəçilərə yüksək keyfiyyətlə və münasib qiymətlərə təqdim olunmasını təşkil etmək.

ŞİRKƏT RƏHBƏRİNİN MESAJI

Sağlam seçim ilə təhlükəsizliyinizi və rahatlığınızı birləşdirən bizim məhsullar sizin maksimum qənaətiniz olacaqdır" 

image description

SERTİFİKATLAR

Məhsullarımızın ISO - 9001 və IATF - 16949 keyfiyyət standartlarına cavab verən sertifikatları mövcuddur.