“Aeolus” şirkəti şin istehsalı üzrə dünya liderləri arasında ilk “20-lik”də qərarlaşmışdır. Bu şirkət “Dongfeng Automobile Company” konserninin və Çinin digər nəhəng müəssisələrinin hazırladığı texnikalar üçün komponentlərin rəsmi təchizatçısıdır.

“ТМ Aeolus” şinləri bütün dünyaya ixrac olunur. Brend çoxməqsədli nəqliyyat vasitələri üçün hər il 5,5 milyon ədəd məhsul buraxır. Onilliklər ərzində yük avtomobilləri üçün olan şinlər, yol tikintisi texnikası üçün olan aqrar şinlər şirkətə sabitlik və etibarlılıq qazandırır. Əsas diqqət məhsulların uzunömürlü olmasına yönəldildiyindən onların hazırlanmasında yüksək keyfiyyətli materiallardan istifadə olunur.

Minik avtomobillərini, sənaye və kənd təsərrüfatı texnikasını, yük avtomobillərini və qoşquları “Aerolus” şinləri ilə təchiz edərək mütəxəssislər dünya standartlarına cavab verməyə çalışırlar.

Protektor üçün müasir görünüş, qənaətli yanacaq sərfi, uzun yürüş məsafəsi üzrə əla göstəricilər “Aerolus” şinlərində cəmlənmişdir və yüksək keyfiyyətli rezin qarışığı yollarda onlara dözümlülük təmin edir. İstehsalda ən yaxşı xammaldan və onun emalı üçün yüksək texnologiyalı üsullardan istifadə edən şirkətin şinləri bazarda fərqlənir.

Bu gün “Aeolus Tyres Co., Ltd” adı ilə tanınan şirkət 1965-ci ildə “Aeolus” şin istehsalı zavodu kimi fəaliyyətə başlamışdı. “Aeolus” adı yunan və roma mifologiyasından irəli gəlir. Əfsanələrə görə, Zevs Dənizlər Tanrısı Poseydonun oğlu Eolu küləklərin qoruyucusu təyin edib.

Hazırda “Aeolus” Henan regionunda yerləşən yük avtomobilləri, qoşqular və minik avtomobilləri üçün şin buraxılması üzrə istehsal güclərinə, sənaye şinləri istehsalı üzrə tam yeni fabrikə və müasir ETTKİ (Elmi-tədqiqat və təcrübə-konstruktor işləri) mərkəzinə malikdir.

“Aeolus Tyres Co., Ltd” 2003-cü ildən etibarən Şanxay fond birjasında kotirovka olunur. İllik dövriyyəsi bir neçə milyard yuan olan bu zavod Çində öz regionunda ən nəhəng və ən əhəmiyyətli zavodlardan biridir.

( 126 məhsul )

Aeolus təkərlərini əldə et