Türkiyənin şin markası: Lassa”

44 illiyini Türkiyə şin bazarında lider brend kimi qeyd edən “Lassa” şirkəti 1974-cü ildə yaradılmışdır. “Sabancı Group” Şirkətlər Qrupu və tərəfdaşları tərəfindən qurulan “Lassa” istehsala başladığı 1978-ci ildən 10 il sonra, yəni 1988-ci ildə Yaponiyanın nəhəng “Bridgestone Corporation” şirkəti ilə ortaq müəssisə quraraq “Brisa” adlandırılmağa başlanıldı. Bu gün “Lassa” şinləri “Brisa”nın son texnologiyaları, eləcə də elmi-tədqiqat və təcrübə-konstruktor işləri ilə istehsal olunur.

Dünya “Lassa” şinləri üzərində dönür

“Lassa” Türkiyənin və dünyanın (əsasən Avropa ölkələrinin) yollarında qazandığı təcrübəni artıraraq və peşəkarlığını genişləndirərək günbəgün şin bazarında inkişafa davam edir və bununla da ölkə iqtisadiyyatına töhfəsini verir. Yüksək keyfiyyətli “Lassa” şinləri “Brisa” şirkəti tərəfindən sahəsi 361000 m2 olan dünyanın ən nəhəng istehsal komplekslərindən birində istehsal olunur. “Lassa” şinləri yüzlərlə distribütorun fəaliyyəti sayəsində 60-dan çox ölkədə istifadə olunur.

“Lassa” yüksək keyfiyyətə sadiq qalır

“Lassa” daxili və beynəlxalq bazarların tələbləri çərçivəsində keyfiyyətli və müstəqil təcrübə-sınaq müəssisələri tərəfindən təsdiq edilərək sertifikatlaşdırılmış və çoxlu mükafatlar qazanmış məhsullar təklif edir.

1993-cü ildə Milli Keyfiyyət Mükafatına və 1996-cı ildə Avropa Keyfiyyət Mükafatına (European Quality Grand Prize) layiq görülən “Lassa” şinləri Türkiyənin yol şəraitinə uyğun istehsal olunur. Onlar həmçinin Almaniyanın TÜV SÜD sertifikatlaşdırma institututu tərəfindən də təsdiq olunmuşdur.

“Lassa” şinləri müştəri məmnuniyyəti üçün fırlanır

“Lassa”nı lider istehsalçı edən əsas cəhətlərdən biri müştərilərinə qüsursuz xidmət göstərməsidir. Ən yaxşı istehsal ilə ən yaxşı xidmətin vəhdəti “Lassa”nın prioritetidir. Bu gün “Lassa” həm satış zamanı, həm də satışdan sonra ən sürətli və etibarlı xidmət göstərən marka statusunu qoruyur.

( 472 məhsul )

Lassa təkərlərini əldə et