Sual-cavab

Alıcıların, avtomobillərinə yeni bir təkər dəsti almadan əvvəl soruşan bir sıra sualları var.

Kreditlə satış həyata keçirirsiniz?

Hazırda şinlər kreditlə satılmır, lakin Worldcart BirKart ilə 6 ayadək taksitlə əldə edə bilərsiniz. Əlavə məlumat almaq üçün qeyd olunan nömrəyə müraciət edə bilərsiniz: +994 70 216 49 20

Barter və ya köhnə (işlənmiş) şinlərin alışı

Mağazamız yalnız yeni şinlərin satışını həyata keçirdiyindən, təəssüf ki, barter və ya köhnə (işlənmiş) şinlərin alışı üzrə işlər aparılmır.

Şinləri necə saxlamaq lazımdır?

Şinləri, ən yaxşısı, temperaturu 25°C çox olmayan quru yerdə saxlamaqdır. Təkərlərə günəş şüalarının birbaşa düşməsinə yol vermək olmaz. Şinlərin məhv olmasının qarşısının alınması üçün onlar aqressiv kimyəvi maddələrlə təmasda olmamalıdır. Mütləq təkərlərdə yağ və ya benzin qalıqlarının qalıb-qalmamasını yoxlayın, şinlərin yuyun, qurudun və bütün saxlanma müddəti ərzində onların havalandırılmasını təmin edin. Bu qaydalara əməl olunması məhsulun istifadə müddətini əhəmiyyətli dərəcədə uzatmaqda və lazımsız problemlərdən qorunmaqda sizə kömək edəcək.

Ünvanınız haradadır?

Babək pr 2222, “Piano” restorani və Dəniz mebel salonu ilə yan yana

Xəritədə göstər