Zəmanət Şərtləri

  1. Zəmanət müddəti malın təslim edildiyi gündən  etibarən başlayır və 1 il vəya 20.000 km-dir.
  2. Şirkətimiz tərəfindən satışı edilən Lassa Petlas və Aeolus markalı avtomobil şinləri , istehsalçı  xətalarına görə zəmanətlidir.
  3. Şinlərin zəmanət müddəti içərisində xəsarət alması  vəziyyətində, təmir və ya araşdırmada keçən müddət zəmanət müddətinə əlavə edilir. Malın təmir və araşdırma müddəti ən çox 15 iş günüdür. Bu müddət malın firma səlahiyyətli satıcısına təslim etdiyi tarixdən etibarən başlayır.
  4. Malın istifadə təlimatında iştirak edən məsələlərə zidd istifadə edilməsindən irəli gələn hallarda mal, zəmanət əhatəsi xaricindədir.
  5. Mal, həddindən artıq istifadə səbəbiylə döşəmə diş dərinliyinin təhlükəsizlik səviyyəsi olan və rəsmi təşkilatlar tərəfindən təsbit edilən ən aşağı diş dərinliyinə qədər aşınması ilə rezin istifadə ömrünü tamamlamış olacağından, zəmanət əhatəsi xaricində qalmaqdadır.

 Zəmanət necə tətbiq olunar

  • Zəmanət  tətbiqinin başlaması üçün müraciət mövzusu təkər, faktura və zəmanət sənədi ilə birlikdə firmanın səlahiyyətli  satıcısına gətirilməsi lazımdır.
  • Səlahiyyətli  satıcısına təslim edilən müraciətin mövzusu , Firma Texniki Heyəti tərəfindən diqqətlə araşdırılır.
  • Araşdırma nəticəsi Müştərimizə yazılı  vəya şifahi  olaraq bildirilir.
  • Fabrika üzrə  təsbit edilən şin dəyişdirilməsi əməliyyatları nümayəndə tərəfindən həyata keçirilir.

 Zəmanət əhatəsi xaricində qalan hallar 

  • Daş, mismar, şüşə, metal və bənzəri cisimlər təsiriylə xəsarət almış şinlər.
  • Xətalı və pis istifadədən qaynaqlanan  xəsəratlər  və zərbələr nəticəsində meydana gələn ziyanlar.
  • Yoldakı səki kənarları, çuxur  və bənzəri xarici faktorlardan  meydana gələn ziyanlar.
  • Vasitənin maksimum yüklənmə həddi üzərində həddindən artıq yükləmə edilməsi nəticəsində meydana gələn ziyanlar.
  • Şinlərin standartına uyğun olmayan hava təzyiqi ilə istifadə edilməsi nəticəsində meydana gələn ziyanlar.
  • Yüksək sürətlə edilən ani əyləc nəticəsində meydana gələn blok şəklindəki aşınma ziyanları.
  • Təkərin diskə ilişməsi və ya sökülməsi əsnasında meydana gələn topuq qırılması və bənzəri ziyanlar.
  • Təkərlərin, həddindən artıq təzyiqli su ilə yuyunması əsnasında meydana gələn ziyanlar.
  • Təmir edilmiş və üzlənmə edilmiş şinlər.
  • Malın sənədi və zəmanət sənədi olmayan şinlər  zəmanət əhatəsi xaricindədir.