Şinlərin markalanması və onlar nəyi ifadə edir?

Şinlərin markalanması və onlar nəyi ifadə edir?

Şinlərin markalanması və onlar nəyi ifadə edir?

Minik avtomobilləri üçün nəzərdə tutulan bütün şinlərdə Avropa və ya Amerika standartlarının xüsusi təsvirləri (markalanmalar) var ki, onlar vasitəsilə yalnız şinlərin növü və ölçüsü deyil, eləcə də digər istifadə keyfiyyətləri şifrələnmişdir.

  • “All Season” – bütün mövsümlər üçün adi şinlər
  • “Rotation” – üzərində istiqaməti oxla göstərilən istiqamətlənmiş şinlər
  • “Right”, “Left” – sağ və sol təkərlər
  • “Tubeless” - kamersiz təkər
  • “Tube Type” – kamerli təkər
  • “MAX PRESSURE” - icazə verilən maksimum təzyiq norması
  • “Outside” - bu tərəfin avtomobildə xarici tərəfdə olacağını işarə edir
  • “Inside” - bu tərəfin nəqliyyat vasitəsində daxili tərəfdə olacağını işarə edir
  • “PR (Ply Rating)”  - şinin çərçivəsinin möhkəmliyini, kord qatlarının sayını xarakterizə edən qatlılıq norması
  • XL (eXtra Load ) -  yüklənmə indeksinin 4 vahid artırılması. Ağır maşınların sahibləri üçün vacib göstəricidir.
  • С (Commercial) – təkərin (diskin) diametrindən sonra yazılır və şinin yüngül kommersiya məqsədli nəqliyyat, yəni yüngül yük maşınları və furqonlar üçün nəzərdə tutulduğunu göstərir
  • 4x4 – Bu şinlər xüsusi olaraq bütün (həm ön, həm arxa) təkərləri aparıcı olan avtomobillər, bir qayda olaraq yolsuzluq avtomobilləri üçün hazırlanır.
  • DOT -  İstehsalçının kodlaşdırılmış ünvanı, şinin ölçüsünün kodu, sertifikat, buraxılış tarixi (həftə/il).

Digər xəbərlər