SUV 4X4 təkərlərinin növləri

SUV 4X4 təkərlərinin növləri

SUV 4X4 təkərlərinin növləri

SUV avtomobil sahibləri təkər seçərkən, təkərin yalnız ölçüsünə və markasına önəm vermək düzgün deyil. Sürücülər, model seçimi edərkən hansı yol şəraitində avtomobili idarə edirlərsə, həmin yol şəraitinə uyğun təkər seçimi etməlidirlər. 
SUV 4x4 təkərləri yol şəraitindən asılı olaraq bir neçə növlərə ayrılır:
  • HP ( High Performance – Yüksək performans )
  • HT ( Highway Terrain – Yüksək sürətli yol )
  • HL ( Highway Luxury – Avto magistral lüks )
  • AT ( All Terrain – Yolsuzluq )
  • MT ( Mud Terrain – Palçıqlı yol )
 HP ( High Performance – Yüksək performans )
Bu markirovka ilə işarələnən SUV Premium Klass Krossover avtomobil təkərləri asfalt yollar üçün nəzərdə tutulmuş yüksək performanslı təkərlərdir. Bu təkərlərin protektorunun naxışı assimetrik quruluşa sahibdir. Xüsusən bu növ protektorlu təkərlərin sürət həddi minimum H ( 210 km/saat) olur.
 
 HT ( Highway terrain – Yüksək sürətli yol )
Bu markirovka ilə işarələnən SUV təkərləri asfalt üzərində, orta keyfiyyətli yollarda və astar səthli yollar üçün nəzərdə tutulmuşdur. Bu növ protektorlu təkərlərin sürət həddi minimum S ( 180 km/saat) olur.
 
 HL ( Highway luxury – Avto magistral lüks )
Uzun məsafələri komfortla qət etmək üçün nəzərdə tutulan lüks keyfiyyətə malik olan 4x4 təkəridir. Paralel olaraq bu şinləri şəhərdən qıraq səyahətlər üçün istifadəsi mümkündür.
 
 AT ( All terrain – Yolsuzluq )
Bu markirovka ilə işarələnən SUV təkərləri, asfalt və “kələ-kötür” yollar üçün nəzərdə tutulmuşdur. İstehsalçılar bu növ təkərləri 50 % asfalt yollarda, 50 % “kələ-kötür” yollarda istifadə edilməsini məsləhət görürlər. Bu təkərlərin protektoru orta qalınlıqda və aqressiv quruluşlu naxışa sahibdir.
 
 MT ( Mud terrain – Palçıqlı yol )
Bu markirovka ilə işarələnən SUV təkərləri çıxıntılı, daşlı-palçıqlı yollar üçün nəzərdə tutulmuşdur. Bu növ təkərlər asfalt üzərində səs-küy, əyləc sistemində çətinlik yaradır. Bu təkərlərin protektorunun naxışı qalın, kobud və aqressiv quruluşa sahibdir. Bu növ protektorlu təkərlərin sürət həddi maksimum R ( 160 km/saat) olur.
 
 

Digər xəbərlər