Təkərlərin səs səviyyəsi
Avtomobil sahibləri təcrübələrindən asılı olaraq bilirlər ki, hər bir avtomobil təkərlərinin fərqli səs səviyyəsi mövcuddur. 2012 – ci ilə kimi avtomobili olan şəxslər, təkərlərin səs-küy səviyyəsini öz yaxın çərçivələrindən, tanışlarından məlumat əldə edirdilər. Lakin, 2012 – ci ildən təkərlərin üzərində səs-küy səviyyəsini bildirən göstəricinin olmasını istehsalçılardan tələb etdilər. Bəzən avtomobildən gələn səs sırf təkərlərlə bağlı olmaya bilər. Bu səs avtomobilin tamamən ayrı hissəsindən yarana bilər.
 
Avtomobili səssiz halda idarə etmək hər zaman xoşdur. Bu hal həm mükəmməl komfort yaradır həm də diqqəti yayındırmır. Salonda səs küyü maksimal dərəcədə aşağı endirmək üçün avtomobil sürücüləri bir çox fərqli variantlardan istifadə edirlər. İstifadə etdikləri ən mükəmməl çıxış yolları aşağıda qeyd olunmuşdur:
 
  1. Avtomobilin kuzasına əlavə səs izolyasiyası;
  2. Panellərə əlavə örtük quraşdırılması;
  3. Səs-küy yaratmayan protektordan istifadə etmək.
 
Təkərlərdə yaranan səsin əsas səbəbi protektorla bağlıdır. Əgər asfalt ilə təmas nöqtəsində protektorun seqmentlərinin arasında kəsiklər çoxdursa bu səs dalğasının tezliyini artırır. Buna görə də istehsalçılar daha optimizə olunmuş protektor növlərini istehsal etməyə üstünlük verirlər. Təbii olaraq səs səviyyəsinə yol örtüyü də təsir edə bilər. Yəni təkərlərin səs səviyyəsi nə qədər aşağı olsa belə, kobud yol səthində səsin səviyyəsi yuxarı olacaq. Əlbəttə ki, təkərlərin hava təzyiqi də səsin səviyyəsinə təsir göstərə bilər. Əgər hava təzyiqi normadan aşağıdırsa, asfalt ilə protektorun arasında ki təmas nöqtəsi artır və bu da öz növbəsində səs səviyyəsini artırır. Lakin, hava təzyiqi normasından artıq doldurulması tövsiyyə edilmir. Bu təkərdə digər problemlər əmələ gətirə bilər.
 
Təkərin səs səviyyəsinin göstəriciləri adətən təkərin üzərinə yapşıdırılmış etiketdə qeyd olunur. Bu etiketin üzərində əsas bu kimi məlumatlar qeyd olunur: Modelin adı, ölçüsü, istehsalçı ölkə, barkod, yanacaq sərfiyyatı və səs indeksi. Səs indeksi təkər piktoqramması və dinamiki ilə qabağında 3-4 dalğa şəklində göstərilir və desibel ilə işarə olunur. 71-72 desibel təkərlərin normal səs səviyyəsi sayılır.
 

Digər xəbərlər