Qışda sürücülük: Yolda təhlükəsizliyinizi artırmaq üçün 5 üsul

Qışda sürücülük: Yolda təhlükəsizliyinizi artırmaq üçün 5 üsul

"Game of Thrones" başa çata bilər, amma qış hələ də davam edir. Bu isə o deməkdir ki, avtomobilinizi nəm yollara və soyuq günlərə hazırlamağa başlamağın vaxtı artıq gəlib. Baxmayaraq ki, bizdə qış digər ölkələrə nisbətən daha mülayim keçir, yolda təəssüflənməkdənsə ehtiyyatlı olmaq daha yaxşıdır. Yerdə qar nə qədər az olursa olsun, soyuq havada heçkim yolda qalmaq istəmir. 

Qış dövründə daha etibarlı idarə etmək üçün hansı tədbirləri görmək olar? Sürücülük tərzinizdən asılı olmayaraq, aşağıdakı tövsiyələri nəzərə alaraq bu mövsümü təhlükəsiz və rahat başa vura bilərsiniz. 

read_rules

Qaydaları oxuyun 

Öz ərazinizdə yol hərəkəti qaydalarının  olduğunu düşünürsüz? Çox güman ki doğru düşünürsünüz, amma yenə də o qaydalara başqa bir prizmadan baxmaq sizə faydalı ola bilər. Ölkənizdə qış yollarında daha təhlükəsiz olmağınız üçün hazırlanmış xüsusi qanunvericilik və ya göstərişlər ola bilər.

Məsələn, müxtəlif ölkələrdə soyuq hava şəraiti üçün ən yaxşı sürücülük təcrübələri (best practices) təsvir edilir. Digər ölkələrdə sizə hansı qış şinlərinin yerli yollarda ən yaxşı performans göstərdiyini və avtomobil tipiniz üçün hansı qış təkərinin ən effektiv olacağı barədə bir təlimat verilə bilər.

Yol hərəkəti qaydalarını oxumaq sizi yalnız təhlükəsizlik deyil həm də qış aylarında təsadüfən qanunu pozmaqdan qoruyacaqdır. Bu isə o deməkdir ki, hava şəraiti maraqlanmalı olduğunuz tək şey deyil!

Sürətinizi azaldın

Məqaləni oxuyub bitirdikdən sonra yola çıxmaq istəyə bilərsiniz. Çıxdığınız zaman yavaş-yavaş sürməyinizə əmin olun. Yollar nə qədər sulu olarsa, sürərkən idarəetməni itirmək ehtimalı da bir o qədər yüksəkdir.

Bu hal, yağışda və döngələrdə dönərkən xüsusilə aktualdır. Təkərlərin aşınması qaçılmazdır, ancaq daha yavaş sürətlə hərəkət etməklə aşınmanın təsirini azalda bilərsiniz. Bunun sayəsində nəqliyyat vasitənizi daha yaxşı idarə edə və sürüşmənin qarşısını ala bilərsiniz.

Təkərlərinizi dəyişdirin 

Qış təkərlərini avtomobilinizə quraşdırdıqdan sonra yolda daha təhlükəsiz qalmaq şansınız olacaq. Temperatur enməyə başlayan kimi, nazik protektorlu yay təkərlərinizi yağışlı və qarlı günlərdə də yolu möhkəm tutmaq imkanı olan qış təkərləri ilə əvəz edin.

Qış təkərləri ilin daha soyuq aylarını keçə bilmək üçün daha dərindən hazırlanmış protektorlardan savayı digər üstünlüklərə də malikdir. Onlar həm də yivlərlə təchiz olunmuşdurlar. Yivlər protektorlar kimi təkərlərinizi daha çox səth sahəsi ilə təmin edir və təkərlərinizə quru zəmindən buzlu və ya yaş zəminə keçməyə kömək edəcək bir səth yaradır.

Qış təkərlərinin effektivliyi sonsuz deyil. Bu il şinlərinizi taxmazdan əvvəl, onların vəziyyətinin yaxşı olduğuna əmin olun. Protektorların qalınlığı 4 mm-dən az olmaması lazımdır (Böyük Britaniya şin qanunlarına baxın). Protektorun dərinliyini ənənəvi alətlər ilə ölçmək üçün vaxt ayırmaq istəmirsinizsə, bir çox təkər mağazalarında bunu spesifik alət ilə ölçdürə bilərsiniz. 

change_tyre

Təkər təzyiqinizi yoxlayın

Siz həmdə şinlərinizdəki təzyiqi ilin soyuq aylarında tez-tez yoxlamalısınız. Temperatur dəyişdikdə təkərlərinizin möhkəmliyi də dəyişir. Hava soyuduqca, şinlərinizdəki hava molekulları sıxılır, bu da təkərləri yolu yaxşı tutmağa imkan vermir. Eyni şəkildə, temperatur artdıqca təkərlərinizdəki hava da genişlənəcəkdir. 

Bu dəyişikliklərlə necə ayaqlaşmaq olar? Bu vaxt və səy tələb edir, ancaq şinlərinizdəki təzyiqin tez-tez yoxlanılması uzun müddətdli perspektivdə sizin təhlükəsizliyinizi təmin edəcəkdir. 

Əyləclərinizi yoxlayın 

Təkərlərinizin vəziyyətindən asılı olmayaraq, qışda əyləcinizdə daha çox çətinlik yarana bilər. Bunun səbəbi, soyuq havanın avtomobilinizin daxili detallarını tutmuş olması ola bilər. Bundan əlavə, əyləc yastıqları köhnəlmiş ola bilər.

Qış yaxınlaşdıqda, soyuq aylarda əyləc sisteminin özünü necə göstərəcəyini yoxlamalı olacaqsınız. Əyləc yastıqlarına diskləriniz arasındası kəsiklərdən baxın. Yastıq, sıxıldığında, metal rotara dirənməlidir. Təhlükəsizliyinizi düzgün təmin etmək üçün əyləc yastıqları ən azı 7 mm enində olmalıdır. Əgər daha azdırsa, avtomobilinizi servis mərkəzinə aparmaq lazımdır.

Əyləcləri basdığınız zaman nərilti, səs-küy eşidirsinizsə, avtomobiliniz əyləc yastıqlarının tamamilə köhnəldiyini söyləyir. Xüsusilə qış aylarında əyləc yastıqlarının dəyişdirilməsini gecikdirməyin.

Qış dövründə avtomobil sürmək çətin məsələdir. Müxtəlif sürücülük tərzi olan insanlar üçün yol təhlükəsizliyini təmin etmək daha çətin olur. Beləliklə, maşını yavaş-yavaş sürmək və havanı izləmək üçün əlinizdən gələni edin. Avtomobiliniz və sərnişinləriniz səyləriniz üçün sizə təşəkkür edəcəkdir.

 

Mənbə: OPONEO.CO.UK


Digər xəbərlər