Məxfilik siyasəti

Hörmətli müştəri, məlumatlarınızın məxfiliyinin qorunması bizim üçün çox vacib amillərdən biridir. Nəzərinizə çatdırırıq ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ad, soyad, elektron poçt ünvanı, telefon nömrəsi və ya bu kimi  şəxsi məlumatları digər üçüncü şəxsə və ya quruma ötürülmür. Saytımız, şəxsi məlumatlarınızı, yalnız xidmətlərimiz, sayt haqqında xəbərlər, eləcə də yeniliklər barədə Sizi məlumatlandırmaq məqsədilə əlaqə üçün istifadə edəcək. Müasir informasiya texnologiyalarının, bizə verdiyiniz məlumatların toplanmasında və istifadəsindəki əhəmiyyətini əks etdirmək üçün bu “Məxfilik Siyasəti” adlanan bölmə hazırlanmışdır. Bu “Məxfilik Siyasəti”ndə “biz”ə edilən istinadlar sayta mübasibətdə istifadə olunur və “Siz”ə edilən istinadlar fərdi məlumatların subyektinə münasibətdə istifadə olunur.

Bu “Məxfilik Siyasəti” www.kaan.az veb-saytında (veb-sayt) toplanan məlumatlara aiddir. Saytımız sizin “istifadəçi” (sadəcə veb-sayta daxil olan istifadəçi) və ya “üzv” (qeydiyyatdan keçmiş istifadəçi) olmağınızdan asılı olmayaraq, məlumatlarınızın məxfiliyinə daim diqqətlə yanaşır və Sizə aid fərdi məlumatların mühafizəsini təmin edir. Saytdan istifadə etmək, əlaqə vasitələrinizi daxil etmək və ya qeydiyyatdan keçməklə, siz bu “Məxfilik Siyasəti” və onun şərtləri ilə razılaşdığınızı təsdiqləmiş və “Fərdi məlumatlar haqqında” Qanunun 8.1-ci maddəsinə uyğun olaraq sizə aid olan fərdi məlumatların toplanmasına və işlənməsinə dair yazılı razılıq vermiş hesab edilirsiniz. Bu razılıq tərəfinizdən saytda müəyyən olunmuş qaydalara uyğun olaraq qeydiyyatınız ləğv edildiyi müddətədək qüvvədədir. Hər hansı şərt və ya qayda ilə razı deyilsinizsə, xahiş edirik veb-saytdan istifadə etməyəsiniz və ya “Fərdi məlumatlar haqqında” Qanunun 7.2-ci maddəsinə uyğun olaraq barənizdə məlumatların toplanılmamasına və işlənilməməsinə dair yazılı etirazınızı bizə təqdim edəsiniz.

Nəzərinizə çatdırırıq ki, bu “Məxfilik Siyasəti” vaxtaşırı olaraq yenilənə və dəyişdirilə bilər. “Məxfilik Siyasəti”nə edilən hər hansı dəyişiklik barədə məlumat veb-saytda yerləşdiriləcək və ya email vasitəsilə sizə göndəriləcək. Hansı məlumatların toplanıldığı, necə istifadə edildiyi və ya hansı şərtlər daxilində aşkarlandığı barədə məlumatlı olmaq üçün bu səhifəni mütəmadi yoxlamaq vəzifəsi Sizə aiddir. İstənilən halda, dəyişiklik edilmiş “Məxfilik Siyasəti” dəyişikliklər barədə sizin məlumat əldə edib-etməməyinizdən asılı olmayaraq, Sizə münasibətdə tətbiq ediləcək.