Yüngül yük avtomobilləri təkərləri
Yüngül yük avtomobilinin istifadəyə verilməsi, az tonnajlı olsa belə, onun sahibindən şin və disklərin seçimində böyük diqqət tələb edir. Yüngül yük avtomobili şinlərinin seçiminə həmçinin səfərin uzaqlığı da təsir edir. Belə avtomobillərə tez-tez adi minik avtomobili şinləri qoyurlar, amma bu, əgər təkər istehsalçısı əksini göstərməyibsə, böyük səhvdir. Buna görə də yüngül yük avtomobilləri üçün şin seçimi ilə bağlı tələblərə etinasız yanaşmaq lazım deyil. Yüngül yük avtomobili şinləri xüsusi rezin qarışıqdan hazırlanır. Müasir modellər xüsusi texnologiyadan istifadə edilməklə yüksək keyfiyyətli materiallardan hazırlanır. Yüngül yük avtomobilləri şinlərindəki xüsusi rezin qarışığı eyni zamanda ağır çəkili avtomobilin daha qısa tormoz məsafəsi üçün nəzərdə tutulub. Belə ki, əksər hallarda yüngül yük avtomobilləri kommersiya təyinatlı olur və onlar üçün nəzərdə tutulmuş keyfiyyətli şinlər yayma müqavimətini azaldır, bu da öz növbəsində yanacaq sərfini azaldır. Təkərlərdə təzyiqin yoxlanılması yalnız təhlükəsizlik və idarəetmə rahatlığını təmin etmir, həm də şinlərin ömrünü uzadır. Minik avtomobi şinlərindən fərqli olaraq, yüngül yük avtomobillərində şinlərin təzyiqini daha tez-tez ölçmək lazımdır.