4 Fəsil
Bütün mövsümlər üçün şinlər – qış və yay şinlərinin ən yaxşı xarakteristik cəhətlərini bir şində birləşdirmək cəhdidir. Buna görə də “All Seasons” və ya “All Weather” təkərlərinin protektorları özündə hər mövsümün şinlərinin müsbət cəhətlərini cəmləşdirməlidir. Bütün mövsümlər üçün şinlərin qeyd-şərtsiz ən müsbət cəhəti onların tez-tez dəyişdirilməsi və saxlanılması kimi narahatlığının olmamasıdır. Avtomobil sahibləri il ərzində yalnız şinlərin balanslaşdırılması, ya da ümumi vəziyyətinə fikir verməlidirlər. Bundan əlavə, yalnız 1 komplekt alınmalı olduğundan vəsaitə də kifayət qədər qənaət edilir. Adından da göründüyü kimi bütün mövsümlər üçün şinlər bütün il ərzində, həm isti, həm də soyuq hava şəraitində, eləcə də müxtəlif tipli yollarda istifadə üçün nəzərdə tutulmuşdur.
Başlıca komponent rezin qarışığıdır. Bu qarışıq kimyəvi tərkibi ilə, daha dəqiq desək, istifadə olunan qatqıların kəmiyyət göstəriciləri ilə fərqlənir. Təkərlərin sıxlığı və həmçinin ətraf mühitin fərqli temperaturlarında yol səthi ilə bağlantısı birbaşa bundan asılıdır. 4 fəsil təkərlər rezinə orta gostəricikər nümayiş etdirməyə imkan verərək, yüksək temperaturlarda lazımi sıxlıqla və qış aylarında sürüşkən şərhləri bağlantını təmin edən kimyəvi qatqılar istifadə olunaraq hazırlanır. 4 fəsil təkərlər əsasən mülayim iqlim şəraiti olan yerlər üçün məqsədəuyğundur. "4fəsil" maksimum rahatlıq üçün nəzərdə tutulub və yaxşı idarə edilmə nümayiş etdirirlər.