Yay
Hər sürücü yadda saxlamalıdır ki,onun hərəkətinin təhlükəsizliyi düzgün şin seçimindən birbaşa asılıdır. Avtomobiliniz üçün şinləri yalnız ehtiyaclara uyğun seçmək lazımdır ki, məhz sizə lazım olan şinləri seçəsiniz. Yay şinləri alarkən diqqət yetirməli olduğunuz əsas məqam şinlərin yol ilə bir-birinə tutunmasıdır. Yaxşı sürət yığmaq və tormozlamaqüçün bu göstərici yüksək olmalıdır.
Mağazamızda yay şinlərinin protektorlarının 3 əsas növü var:
- Simmetrik istiqamətlənməmiş
- Simmetrik istiqamətlənmiş
- Asimmetrik istiqamətlənməmiş
Simmetrik istiqamətlənməmiş: belə cizgi adətən orta və aşağı qiymət kateqoriyalı şinlər üçün istifadə olunur. Bu daha çox onun universallığından asılıdır. Simmetrik cizgilər suyu yavaş-yavaş kənara axıdır, şəhərdə və trassda özünü yaxşı hiss edir. Belə protektorlu şinlər səs yaratmır və uzun müddət xidmət edir. Müəyyən olunmuş sürət limitləri çərçivəsində orta sürətlə hərəkət zamanı bu şinlər sizi yolda qoymayacaq.
Simmetrik istiqamətlənmiş: belə şinlər əsasən yaş yolda sürmə üçün nəzərdə tutulmuşdur. Gölməçədən keçərkənistiqamətlənmiş cizgili şin özünü daha inamlı hiss edir. İstiqamətlənmiş cizgili şinlərin özəlliyi var: onlarda protektorların kənarlarının sərtliyi aşağı olur (su aparan kanallara görə) ki, bu da idarəemənin sabitliyini aşağı sala bilər. Bundan başqa, istiqamətlənmiş cizgili şinlər daha küylü olur.
Asimmetrik istiqamətlənməmiş: belə şinlərin xarici və daxili hissələri var ki, bunlar şinlərin bir çox xarakteristikalarını yaxşılaşdırmağa imkan verir. Məsələn, idarəetmənin sabitliyi daha sərt və sıx xarici hissə sayəsində yüksəlir (məhz protektorun xarici hissəsi avtomobilin dönmə zamanı sabitliyinə cavabdehdir). Belə şinlərin daxili hissəsində su axıdan kanallar vardır ki, onlar da suyun cizgilərdə dolub qalmasının qarşısını daha yaxşı alır.