Qış
Qış təkərləri yay təkərlərindən fərqlənir və burada fərq yalnız protektroların cizgilərində deyil. İstehsalçılar müəyyən temperatur aralığı üçün şinlərin kimyəvi tərkibini fərqli seçir və bu aralıqdan kənar temperaturda şinlər xüsusiyyətlərini itirir.
Şinlərin iki əsas növü var: tikanlı və friksion.
Tikanlı şinlər
Sürüşmə əleyhinə metal tikanları sayəsində belə şinlər yol örtüyü ilə bir-birinə daha yaxşı tutunmanı və effetktiv dayanmanı təmin edir. Onlar buzlu yollarda sürmə üçün nəzədə tutulmuşdur və sərt qışı olan yerlərdə istifadə edilir. Belə şinlər şəhərdən kənarda və buzlanma olan regionlarda çox vaxt keçirən hər kəs üçün uyğun gələr.
Skandinaviya tipli friksion şinlər
Xüsusiyyətlərinə görə tikanlı şinlərə çox oxşayırlar və böyük ölçüdə onlardan yalnız tikanlarının olmaması ilə fərqlənirlər. Bu tip şinlər aşağı temperaturlu və çox qarlı yollarda istifadə üçün hesablanmışdır və yol ilə tutunmanı protektorda olan, qar və nazik buz təbəqələrini əzib keçən çoxlu boş sahələri sayəsində təmin edirlər. Skandinaviya tipli şinlər qarla örtülü rayonlar üçün yararlıdır.